Braziliyada koronavirusdan ölənlərin sayı 31199-a çatıb

Braziliya çərşənbə axşamı koronavirusdan ölüm hallarının rekord həddə çatdığını bildirib.

Ölkənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, son bir gündə 1262 olmaqla, COVID-19-dan təsdiqlənmiş ölüm hallarının sayını 31 199-a çatıb. Hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 555 383-ə çatıb ki, bu, 1.8 milyondan çox yoluxma halı olan ABŞ-dan sonra ikinci yer deməkdir.

Virusun getdikcə yayılmasına və ölüm sayının artmasına baxmayaraq, Braziliya prezidenti Cair Bolsonaro yoluxmanı "bir az qripə bənzər" kimi qiymətləndirməyə davam edir. O, Braziliyadakı prezident sarayının qarşısında toplaşan tərəfdarlarına ölənlərin hər birinə görə peşmanlıq hissi keçirdiyini, "amma bu, hamının taleyidir" deyib.

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda dünyada COVID-19-a təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 6 milyon 395 min 327 nəfərdir və onlardan 380 min 580-ı ölüb. ABŞ-da 106 mindən çox təsdiqlənmiş ölüm halı qeydə alınıb.