23 yaşlı mügənni Teylor Sviftin qazancı ömrünün sonuna qədər yetər [Fotoqalereya]

Bred Pitt kimi zəmanəmizin ən məşhur aktyoru, və ya Les Miserables filminə görə Oskar mükafatını alan Anna Hatavey kimi istedadlı aktrisa olmaq asan deyil. Amma sevgililəri haqda pop-country janrında mahnılar yazıb oxuyan Teylor Svift deyəsən daha çox dəyərləndirilir.

Kim bilərdi ki, musiqi bəstələyib oxumaqla Teylor Svift 2012-ci ildə Bred Pittlə Anna Hataveyin birgə gəlirlərindən daha çox pul qazanacaq. Deyilənə görə Teylor təkcə ötən il 57 milyon dollar qazanıb. Bu o deməkdir ki, Teylorun şəxsi münasibətlərinin nə yerdə olduğunun heç bir fərqi yoxdur – 23 yaşlı mügənni bundan sonra işləməsə belə bir ildə qazandığı pul onu ömrünün axırına kimi görəcək.

Anna Hataveyin builki qazancı cəmi 10 milyon dollar, Bred Pittin isə 35.5 milyon dollar olub. Adamın lap yazığı gəlir.