BP neft şirkəti dənizin dibində davam edən güclü neft axınının qarşısını almağa çalışır

BP neft şirkəti dənizin dibində davam edən güclü neft axınının qarşısını almağa çalışır

BP deyir ki, sızan nefti boru vasitəsi ilə suyun səthində neft sisternlərinə ötürən əvvəlki tıxac yenisi ilə əvəz edilir

BP neft şirkəti Meksika Körfəzində dənizin dibində davam edən güclü neft axınının qarşısını almaq üçün yeni tıxacın yerləşdirilməsi prosesində irəliləyişlər olduğunu bildirir. BP sızan nefti boru vasitəsi ilə suyun səthində neft sisternlərinə ötürən əvvəlki tıxacın yenisi ilə əvəz edilməsi prosesinə dünən başlandıldığını deyir. Əvvəlki tıxac çıxarıldıqdan və yenisi ilə əvəz edilənə qədər neftin suya axacağı bildirilir. BP yeni tıxacın tam bərpasının 4-7 gün çəkəcəyini və bu müddət ərzində axan neftin gəmilər tərəfindən yığılacağını bildirib. Helix Produser adlı yeni gəmi sızan nefti bu gün axşamdan yığmağa başlayacaq.