Dünya liderləri qlobal iqtisadiyyatın hələ də zəif templə gedən bərpa prosesini müzakirə etmək məqsədi ilə bu gün Toronto şəhərində toplaşmışlar. Sammitin rəsmi məlumatında deyilir ki, sənayesi inkişaf etmiş və süərtlə inkişaf etməkdə olan ölkələrin səyləri yaxşı nəticələr versə də, ciddi sınaqlar hələ də qalmağa davam edir. Böyük 20-lər qrupunun liderləri əsas problemin bir çox ölkələrdə işsizliyin gözlənilməz dərəcədə yüksək olduğunu deyirlər. Qrup eləcə də bildirir ki, maliyyə qurumlarında islahatlar üzərində iş aparılmalıdır. Dünən Birləşmiş Ştatların maliyyə naziri Timoti Geytner dünya liderlərini təcili olaraq iqtisadi stimullaşdırma və deficitin azaldılması arasında düzgün balans tapmağa çağırdı.