Bostonda oyun parkına terror qurbanının adı verilib

Boston şəhəri ABŞ tarixində baş vermis ən qorxunc terror hadisəsinin ən gənc qurbanının xatirəsini yada salır.

Çərşənbə günü səkkiz yaşlı Martin Riçardın adını daşıyacaq parkın təməl atma mərasimində şəhər rəsmiləri və uşaqlar iştirak ediblər.

2013-cü ldə Boston Maratonun finiş xəttinin yaxınlığında iki bombanın partlaması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirmiş, 200-dən çox insan isə yaralanmışdı.

Martinin atası deyir ki, sahil yaxınlığında yerləşən bu oyun parkında bütün uşaqlar bir-birilərilə oynamaq, bir-birilərindən öyrənmək şansı əldə edəcəklər.

Terrorist hücumunu etməkdə günahlandırılan iki qardaşdan biri polis tərəfindən atəş açılaraq öldürülmüş, digəri isə federal həbsxanada ölüm hökmünün icra edilməsini gözləyir.