Boston faciəsinin ildönümüdür

ABŞ-ın vitse prezidenti Co Bayden keçən il Boston marafonunda törədilmiş bomba hücumunun ildönümünə qatılıb.

Keçən il marafonun finiş xəttinə yaxın iki bombanın partlaması nəticəsində üç insan həyatını itirmiş, 250-dən çoxu yaralanmışdı.

Rəsmilərin dediyinə görə Tamerlan və Cövrəh Tsarnayev qardaşları ev şəraitində düzəldilmiş bomba ilə hücumu həyata keçirmişdi.

Partlayışdan sonra uzun axtarış nəticəsində Tamerlan Tsarnayev ölü tapılmışdı. Qardaşı Çövhər isə polis tərəfindən açılan atəş nəticəsində yaralanaraq Boston şəhəri yaxınlığında ələ keçirildi.

Federal ittihamlara görə noyabrın 30-da məhkəmə qarşısına çıxarılması planlaşdırılan Çövhər Tsarnayevin edam cəzasına məhkum edilməsi gözlənir.