Bostonda ABŞ-da 220 il əvvəl yerə basdırılmış qutunu açıblar

ABŞ-ın Massaçusets ştatının rəsmiləri 220 il əvvəl Amerikanın baniləri Samuel Adams və Pol River tərəfindən basdırılmış qutunu açıblar.

Qutu keçən il tikinti işləri aparılan zaman hökumət binasının bünövrəsinin altında aşkar edilib.

Qutunun içindən çıxan sənədlər, dəmir pullar və digər əşyalar ştat rəsmiləri tərəfindən Britaniyadan müstəqillik uğrunda mübarizə aparıb buna nail olan amerikalıların koloniya dövrü böyük üdmilərinin simvolları kimi təsvir edilib. Əşyalardan bəziləri zərər görsə də, onların çoxu yaxşı vəziyyətdədir. Bəzi əşyaların üzərində hələ də barmaq izlərini görmək mümkündür.

Qutunun içərisində həmçinin üzərində ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun rəsmi həkk olunan misdən hazırlanmış medal, tarixi əhəmiyyətə malik qəzet lərvə gümüşçü Rever tərəfindən düzəldilmiş gümüş qab da olub.

Qutudan çıxan əşyalar Boston şəhərinin İncəsənət muzeyində nümayiş ediləcək. Bundan sonra müasir əşyaların əlavə ediləcəyi qutu yenidən torpağa basdırılacaq.