ABŞ Bosniyada polisə qarşı hücumu pisləyib

Birləşmiş Ştatlar aprel ayının 27-də Bosniyada polis idarəsinə hücum zamanı bir polis əməkdaşının ölümünə səbəb olan hadisəni pisləyib.

Dövlət Departamentinin brifinqində hadisə ilə bağlı təşkilatların peşəkar araşdırma aparılmasına çağırılıb, hücumun siyasiləşdirilməməsi üçün addımlar atılmasının vacibliyi vurğulanıb.

Bazar ertəsi günü silahlı şəxsin polis idarəsinə daxil olaraq "Allahu Əkbər" sədaları altında atəş açması nəticəsində polis zabiti Draqan Djuriçi həlak olub və digər iki polis işçisi yaralanıb. Daha sonra hücumçu təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Hadisə ilə bağlı şübhəli bilinən digər şəxs polis şəbəsinə aparılıb. Bosniya rəsmiləri tərəfindən onun Suriyadakı militant qruplarla əlaqəsi və İslam Dövlətinə döyüşçü toplamaqla məşğul olduğu bildirilib.

ABŞ rəsmiləri Bosniyada ekstrimizmin və İslam Dövləti qrupuna qoşulanların sayının artmasından narahat olduqlarını bildiriblər.

Hazırda 150-yə yaxın bosniyalının İraq və Suriyada döyüşlərdə iştirak etmək üçün İslam Dövləti qrupuna qoşulduğu güman edilir.

Hadisə Bosniyanın serb prezidenti Milorad Dodikin 1995-ci ildə ABŞ vasitəçiliyi ilə Deyton sülh razılığı nəticəsində qurulan federasiyadan müstəqillik əldə etmək çağırışını yenidən gündəmə gətirməsinə səbəb olub.