Londonun meri Britaniyanın Avropa İttifaqından çıxmasını istəyir

Londonun meri Boris Conson

Londonun meri Boris Conson Baş nazir Deyvid Kameronun siyasətindən uzaqlaşaraq, Britaniyanın Avropa İttifaqını tərk etməsi kampaniyasına qoşulduğunu elan edib.

Britaniyanın ən populyar siyasətçilərindən biri olan Conson Mühafizəkar partiyasında eyni partiyaya mənsub baş nazir Kameronla Britaniyanın 28 ölkənin ibarət qurumda üzvlüyü məsələsilə bağlı fikir ayrılığına malik ən yüsək səviyyəli nümayəndəsidir.

Conson deyib ki, Kameronla fikir ayrılığı ona "ürək ağrısı versə də", o, Avropa İttifaqının "düzgün demokratik nəzarətdən çıxmaq təhlükəsi qarşısında olduğuna" inanır. On illərdir əvvəlcə qəzet və jurnallarda yazaq, sonra qanunverici, daha sonra isə mer kimi Conson Brüsseldə qərargahlanan Avropa İttifaqını kəskin tənqid edərək, Britaniyanın qurumla əlaqələrinin "siyasi layihə" deyil, "ticarət və əməkdaşlığa" əsaslanmalı olduğunu deyib.

Britaniyanın Baş naziri Deyvid Kameron

Bu gün bundan bir qədər əvvəl Britaniyanın Baş naziri Deyvid Kameron BBC şirkətinə müsahibəsində London merini ölkənin Avropa İttifaqında qalmasına dəstək verməyə çağırıb.

Kameron Britaniyanın Avropa İttifaqının üzvü kimi daha güclü olacağını və qurumun Britaniya ilə bağlı bir sıra güzəştlərə getdiyini vurğulayıb.

Bu güzəştlər Avropa İttifaqı ölkələrindən Britaniyaya iş üçün gələn şəxslərə məhdud imtiyazlar və sosial ödənişlər edilməsinə icazə verilməsi və Britaniyanın avro deyil, öz valyutasından istifadə etdiyinə görə cəzalandırılmaması kimi ölçüləri əhatə edir.