“İstisnalar ölkəsi” - Sənədsiz mühacirlərin izləri [Video]

Your browser doesn’t support HTML5

Nyu-York şəhərindəki sərgidə Meksikadan Birləşmiş Ştatlara keçmək istəyən qeyri-qanuni mühacirlərin özlərindən sonra düşmən səhrada qoyub getdikləri əşyalar nümayiş etdirilir. “İstisnalar ölkəsi” adlanan bu sərgi Miçiqan universitetinin “Sənədsiz Miqrantlar” layihəsinə əsasən qoyulub. Burada paltar, çanta və və s. insanlara məxsus atılmış əşyalar görmək olar.

Sənədsiz mühacirlərin izləri... Meksika ilə Birləşmiş Ştalar sərhədindən keçən insanların Arizona ştatının Sonora səhrasından keçərkən atdıqları çantaları. Sərhəd patrol eləcə də 2001-ci ildən bəri həmin ərazidə 2500-ə qədət cəsəd aşkar edib. Bütün bu gerçəkliklər öz əksini “İstisnalar ölkəsi”ndə tapıb.

“Buradakı hər bir çanta sərhədi keçən bir insanı təmsil edir. Onlardan bəziləri, çoxları yəqin ki, bunu edə bilib. Bəziləri isə edə bilməyib. Bizi maraqlandıran onların fiziki mədəyiyyəti, miqrantların özlərindən sonra qoyub getdikləri əşyalardır” deyə, sərginin işçisi Riçard Barnes bildirir.

Pul qabları, diş fırçaları, şəkillər – bunların hamısı Meksika ilə Birləşmiş Ştatlarlar arasındakı dəhlizdən toplanıb. Bunlar sərhəddən keçən sənədsiz mühacirlərin əşyalarıdır. Riçard Barnes: “Bu qutuların hər birində ölməzdən əvvəl insanların özləri ilə götürdükləri şəxsi əşyaları var. Bu qutular insanların ölməmişdən əvvəl kim olduqlarını göstərir.Tucson təşkilatı bu insanlara məxsus əşyalar və onların cəsədlərinin qalıqlarını toplayır, onların qohumlarını tapmağa çalışır. Bu layihə bundan ibarətdir."

“Siz heç bir yerdəsiniz. Siz iki dövlət arasındasınız. Bax bu baş verir mühacirlərlə. Onlar Meksika ilə Amerika arasında, istisna bir yerdədirlər, yəni heç bir yerdə” deyə, o bildirir.

Elə sərginin adı da buradan gəlir, “İstisnalar ölkəsi”.