Pulsuz kitab avtomatları [Video]

Your browser doesn’t support HTML5

Adətən uşaqlar avtomat satış aparatlardan sular və şirniyyat almaq üçün istifadə edir. Bundan sonra ABŞ-ın paytaxtında uşaqlar bu aparatlardan kitab da ala biləcək. Lakin kitab almaq üçün pul salmaq lazım olmayacaq, çünki satış aparatları kitabları pulsuz verir.

Bir düyməni basmaqla, uşaqlar aparatdan onlarla kitabdan birini, dinozavrlar, fillər, cəngavərlər, robotlar və müxtəlif mövzularda hekayələr seçə bilər. Uşaqlar üçün seçim çoxdur.

Kitab maşınını “Jetblue Airlines” şirkəti maliyyələşdirir. “Jetblue Airlines”-dan İcema Gibs: “Uşaqların erkən çağlarından başlayaraq, mütaliyə sevgisini inkişaf etdirmək bizim üçün çox vacibdir. Bu, gələcəkdə bizim ekipaj üzvləri və bizimlə işləmək istəyənlərə yardım edəcək.”

Uşaqlar kitabları pulsuz almaqla yanaşı, özlərində saxlaya da bilir. “Bizim məqsədimiz evlərində olmayan kitabları uşaqlara çatdırmaqdır. Onlar böyüklərin məsləhəti olmadan, istədikləri kitabı özləri ala bilir” deyə, Gibs bildirir.

Bu üçüncü kitab avtomatı şəhərin yoxsul, təhsilin aşağı səviyyədə olduğu məhəlləsindəki kilsəyə qoyulub. Bu məhəllədə valideynlərin çoxunun uşaqlarına kitab almaq imkanı yoxdur. "Qaradərili Uşaqların İnkişafı İnstitutu"ndan Topbeka Qrin: “Onlar insanların daha çox getdiyi yerləri, din ocaqları. ərzaq mağazaları kimi yerləri seçiblər ki, bu da ailələrə evlərində kitabxana yaratmasına yol göstərir.”

Uşaqlar da çox həyəcanlıdır. “Kitablar sənə hekayələr anladır, Oxumasan. Bunları bilməzsən” deyə, ikinci sinif şagirdi Ayana bildirir. Ceylin isə kitabların ona böyüyəndə yardım edəcəyini deyir.

Bu pilot proqramıdır. Kitab satan avtomatları maliyyələşdirənlər gələcəkdə belə maşınları başqa icmalarda da yerləşdirməyi düşünürlər. Beləliklə onlar bilik və kitaba sevgini artırmağa çalışırlar.