Azərbaycana 450 milyon dollar ilk bonus ödənilib

Azərbaycan Dövlət Neft Fondu (ADNF)

Yanvarın 29-da Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 mln. ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

ARDNF-dən APA agentliyinə verilən məlumata görə, bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.