Nyu-York polisinin bildridyinə görə, polis maşınlarına, poçt idarələrinə, Əfqanıstan və İraqdan geri dönən əsgərlərə qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinən şəxs həbs edilib. Nyu-York şəhərinin meri Maykl Blumberq dünən müxbirlərlə söhbətində deyib ki, 27 yaşlı Hose Pimentel Əl-Qaidədən ilhamlanmış, amma təkbaşına hərəkət etmişdir. Şəhər polis idarəsinin rəisi Reymond Kelli şənbə günü həbs edilən zaman Pimentelin artıq üç bomba hazırlamağa başladığını deyib.
Prokurorlar Pimentelin bombanın hazılrnamasına bir saat vaxtı qaldığını deyirlər. Pimentelə qarşı irəli sürülən rəsmi ittihamlar onu terror məqsədi ilə bomba hazırlamaqda və zorakılıq kampaniyası planlaşdırmaqda günahlandırır.