Bu gün səhər Almaniyada bir şəxs ABŞ-ın Berlindəki səfirliyinin önündə təhlükəsizlik işçilərinə hücum edərək yalandan üzərində bomba olduğunu dedikdən sonra həbs edilib.
23 yaşlı almaniyalı bu şübhəli əlindəki çantanı səfirliyin içərisinə keçirməyə çalışırdı. Lakin onun qarşısı alınıb. Təhlükəsizlik işçilərinə hücum etdikdə isə o, həbs edilib və polisə içərisində bomba olan çantanı səfirliyin girişinə qoyduğunu deyib.
Səfirliyin ətrafında axtarışlar aparılıb və aşkar edilən çantada yalnız şəxsi əşyaların olduğu məlum olub.
Polis sözçüsü həbs edilən şəxsin ruhi xəstə olduğunu deyib, lakin onun kimliyi barədə məlumat verməyib.