Bolqarıstanda törədilən terror aktının intiharçı hücumu olduğu təsdiqlənib

Partlayış nəticəsində 5 nəfər İsrail vətəndaşı olmaqla, 6 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb
Bolqarıstan rəsmiləri çərşənbə günü İsrail turistlərini daşıyan avtobusu partladan intiharçı olduğundan şübhələnilən şəxsin video görüntülərini yayımlayıb.

Cümə axşamı Bolqarıstanın Daxili İşlər Naziri Tsvetan Tsvetanovun bildirdiyinə görə, şort geyib bel çantası götürmüş intiharçı olduğundan şübhələnilən şəxs başqa turistlərdən seçilmir. Tsvetanov şəxsiyyəti müəyyən edilməmiş şəxsin ABŞ-ın Miçiqan ştatına məxsus saxta sürücülük vəsiqəsi daşıdığını bildirib.

Tədqiqatçılar şübhəlinin barmaq izlərini götürüblər, hazırda cəsədin qalıqlarından DNK testi götürür.

Qara dənizin Burgas şəhərində törədilmiş partlayış nəticəsində beş nəfər İsrail vətəndaşı, bir nəfər yerli sürücü olmaqla alti nəfər həlak olub. Partlayış nəticəsində iki nəfər ağır yaralanıb.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb, lakin İsrail rəsmiləri İranı və Livanın şiə müsəlman təşkilatı olan Hizbullahı günahkar bilir.

Tehram ittihamları təkzib edib.