Fransa Kamerunda girov götürülən vətəndaşları ilə bağlı danışıqlar aparmayacaq

Fransa rəsmiləri ötən həftə Kamerunda yeddi fransalını oğurlayanlarla danışıqların aparılmayacağını deyib.

Müdafiə naziri Jan İf Li Drian bu gün deyib ki, Fransa girov götürülən vətəndaşlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək, lakin danışıqlara getməyəcəyik.

O, Kamerun və Nigeriyada həbs edilən islamçı yaraqlılar azad edilməyənədək oğurlanmış fransalıların öldürüləcəyi ilə hədələyən silahlı şəxsin video görüntüsü YouTube veb səhifəsində nümayiş etdirildikdən bir gün sonra məsələ ilə bağlı çıxış edib.

Video görüntüdə maskalı şəxslərin iki kişi, bir qadın və dörd usağı mühasirəyə aldıqları nümayiş etdirilib. Onlardan biri fransız dilində onların islamçı Boko Haram qrupu tərəfindən oğurlandıqlarını deyir.

Fransa rəsmiləri yeddi nəfərin eyni ailə üzvü olduqlarını və ötən həftə Kamerunda istirahət edən zaman oğurlandıqlarını və çox güman ki, qonşu Nigeriyaya aparıldıqlarını bildirib.