BMT: İran jurnalistlər və fəalların ən çox həbs edildiyi ölkələrdən biridir

BMT-nin insan haqları məsələləri üzrə ekspertləri İrana gələn il keçiriləcək parlament seçkilərindən əvvəl jurnalistlərə qarşı təzyiqləri dayandırmalı olduğu ilə bağlı xəbərdarlıq edib.

Təşkilatın insan haqları məsələləri üzrə baş komissarı deyib ki, İran rəsmiləri jurnalistləri və online fəalları həbs etməyi, onlara qarşı təqibləri və təcavüzü dayandırmalı, seçkilər müddətində onlarin təhlükəsizliyini və ifadə azadlığını təmin etməlidir.

BMT-nin İran üzrə xüsusi təhqiqatçısı Əhməd Şahidin dediyinə görə, jurnalistlərə qarşı artan hədə-qorxu onların İranda sərbəst fəaliyyətinə mane olur.

BMT-nin hesablamalarına görə bu ilin aprel ayından bəri 45 fəal da daxil edilməklə, İran dünyada jurnalistlər və fəalların ən çox həbs olunduğu ölkələrdən biridir.