BMT ölkələrinin əksəriyyəti ABŞ-ın Kubaya qarşı embaroqusuna son qoymasını dəstəkləyir

BMT-yə üzv ölkələrin böyük bir hissəsi Vaşinqtonun Kubaya qarşı tətbiq etdiyi 50 illik iqtisadi, kommersiya və maliyyə embarqolarının aradan qaldırılmasını dəstəkləyir və bunun ada ölkəsinin iqtisadi və sosial inkişafına əngəl olduğunu bildirr.

Bizim embarqo tətbiq etməyimizə səbəb Kubanın xalqını azadlıq və təməl insan haqları ilə təmin etməməsidir.
Nikki Heyli

Kubanın xarici işlər naziri Bruno Rodrigez Parilla Baş Assambleyaya bildirib ki, blokada ABŞ-da yaşayan kubalılara da təsir göstərib.

Embarqonun aradan qaldırılmasına etiraz edən yeganə iki ölkə İsrail və Birləşmiş Ştatlar olub.

“Hər il bu qətnaməni dəstəkləyənlər məsələni səhv anlayır. Bizim embarqo tətbiq etməyimizə səbəb Kubanın xalqını azadlıq və təməl insan haqları ilə təmin etməməsidir. Birləşmiş Ştatlar Kuba xalqını onların azadlıq və hüquqları bərpa edilənədək dəstəkləməyə davam edəcək”– deyə,ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bildirib.

Nikki Heyli

Səsvermə simvolik hesab edilir, çünki Baş Assambleyanın embarqoya son qoymaq səlahiyyətinə malik deyil, bunu yalnız ABŞ Konqresi edə bilər. Lakin səsvermə Vaşinqtonun məsələ ilə bağlı təcrid olunduğunu vurğulayır. ABŞ-ın BMT-dəki nümayəndəsi Heyli deyib ki, təcrid olunması Birləşmiş Ştatları heç də narahat etmir.