BMT: Zorakılıqlar və təqiblərdən qaçanlar beynəlxalq qaydada qorunma hüququna malikdir

BMT-nin Qaçqınlar Agentliyi Vaşinqtonun Mərkəzi Amerikadan gələn miqrantların qarşısını almaq üçün zəif qanuni zəmində olduğunu deyir.

Qurum zorakılıqlar və təqiblərdən qaçanların beynəlxalq qaydada qorunma hüququna malik olduğunu bildirib.

BMT heç bir ölkənin sərhədlərinə nəzarət hüququnu sual etmir. Lakin bildirir ki, beynəlxalq hüquqlar ölkələrin qaçqın və sığınacaq axtaran şəxslərlə necə davranılmasını tənzimləyir.

Qurum minlərlə honduraslının ABŞ sərhədlərinə yan almasının vəziyyəti ağırlaşdıracağına şübhə edilmədiyini bildirir. Lakin təşkilat sərhədlərin bağlanmasının problemi həll etməyəcəyini və bunun həyatları üçün qanuni qorxusu olanlara ciddi ziyan vuracağını deyib.

ABŞ prezidenti Meksika sərhədlərini bağlanacağı ilə hədələyib. Donald Tramp bildirib ki, Mərkəzi Amerika ölkələrindən miqrant axını dayandırılmasa sərhədlərə qüvvə yerləşdiriləcək.

Miqrantların bəziləri Meksikada qaçqın statusu alıb. Digərləri isə ABŞ-a daxil olmaq üçün viza gözləyir. Onların bəzilərinin vizasız, qeyri-qanuni şəkildə Amerika sərhədlərini keçməyə cəhd edəcəyi təxmin edilir.