Birləşmiş Ştatlar zəruri humanitar və kommersiya yüklərinin daxil ola bilməsi üçün Yəmənin bütün dəniz limanlarının yenidən daimi olaraq açılmasına çağırır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya dekabrın 20-də Yəmənin dəniz limanlarının blokadasını qismən aradan qaldırıb. BMT-nin verdiyi məlumata görə, o zamandan bəri 13 gəmi Qırmızı Dənizdəki Hudaydah və Səlif limanları vasitəsilə ölkəyə ərzaq və yanacaq çatdırıb.
BMT bunu konstruktiv addım olaraq alqışlayır. Lakin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin sözcüsü Cens Laerke deyir ki, bu, kifayət deyil. O qeyd edib ki, Yəmən ərazaqlarının 90 faizini, yanacaq və dərmanlarının isə demək olar hamısını idxal edir.
“Biz Koalisiyanı gəmilərin Qırmızı Dəniz limanlarına daxil olmalarına icazə verməyə davam etməyə, eləcə də Husiləri bu mühüm marşruta hədə yaratmamağa çağırırıq. İdxalların davamlı axını təhlükə altında olan milyonlarla yəmənli üçün çox mühümdür,” Laerke deyib.
Saudi Arabia imposed a total blockade on Yemen’s air and sea ports on November 6 in retaliation for a Houthi ballistic missile attack near the capital’s Riyadh airport.
Səudiyyə Ərəbistanı noyabrın 6-da Husilərin paytaxt Ər-Riyadın hava limanı yaxınlığında etdiyi balistik raket hücuma cavab olaraq Yəmənin hava və dəniz limanlarını tamamilə blok edib.
Birləşmiş Millətlər Təşkilatı Yəməni dünyanın ən pis humanitar böhranlarından biri hesab edir. Təşkilat Yəməndəki 22 milyon insanın humanitar yardıma ehtiyaclarının olduğunu, təxminən səkkiz milyonunun aclıq astanasında olduğunu bildirir. Laerke Amerikanın Səsinə Yəmən böhranının insanların səbəb olduğu fəlakət olduğunu deyib.
“22 milyon insan haqqında danışırıq. Bu, demək olar, əhalinin tamamıdır. Məncə bu böhrana insanların səbəb olduğunu dərk etmək lazımdır və biz bu böhrana siyasi həll yolu tapmalıyıq. Həll yolunu tapmaq üçün isə bütün səyləri dəstəkləməliyik. Bu müddətdə də bütün limanların açıq qalmağı vacibdir,” Laerke söyləyib.
Səudiyyənin başçılıq etdiyi koalisiya Yəmən hökümətinə dəstək məqsədilə ölkəyə 2015-ci ilin mart ayında daxil olub. O zamandan bəri 10 mindən çox vətəndaş ölüb, 40 mindən çox insna yaralanıb. BMT və digər insan haqları qrupları ölümlərə görə koalisiyanın Husi üsyançılarına qarşı apardığı hava və quru kampaniyasını günhalandırır.