BMT təmsilçisi Suriya danışıqlarında iştirak etmək üçün Cenevrəyə gedib

BMT-nin Suriya elçisi Staffan de Mistura çərşənbə günü Cenevrədə danışıqlarda iştirak edəcək. Suriya münaqişəsinin tərəflərinin gəlməsi isə bir neçə gün çəkəcək.

Mətbuat konfransında çıxış edən Mistura deyib ki, danışıqlara humanitar yardımın daşınması da daxildir.

Mətbuat konfransında BMT-nin Suriya üzrə xüsusi elçisinin baş məsləhətçisi Can İqland, BMT-nin Humanitar məsələr üzrə koordinatoru Yakub El Hillo da iştirak edib.

Hər üç nümayəndə bildirib ki, humanitar yardımlar 238 485 insana çatdırılıb və əlavə olaraq 536 yük maşını yoldadır.

ABŞ Dövlət Departamenti deyib ki, danışıqların bərpasının ləngiməsindən narahat deyil. Çünki fevral ayında başlayan danışıqlarda da eyni vəziyyətlə qarşılaşmışdırlar.