BMT rəhbəri İrana müraciət edib

BMT rəhbəri İrana müraciət edib

BMT baş katibi Ban Ki-Mun İranı nüvə fəaliiyyətlərini barədə Qərb dövlətləri ilə danışıqları bərpa etməyə çağırıb. Tehran atom proqramının dinc mahiyyət daşıdığına təkid edir.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda cənab Ban deyib ki, İranın bunu təsdiq etmək barədə öhdəliyi var.

BMT rəhbərinin sözlərinə görə, bu böhrana son qoymağın yeganə yolu danışıqlardan keçir. O, Təhlükəsizlik Şurasının İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etmək barədə qətnaməsinin olduğunu deyib və Tehranı bu qətnaməyə riayət etməyə çağırıb.