BMT-nin Baş katibi Ban Ki Mun Beynəlxalq Qadınlara qarşı zorakılığın Aradan Qaldırılması günü deyib ki, qadınlar və qızlara qarşı zorakılıq onlara birbaşa fiziki təsir göstərdiyi kimi, ümumi insanlığa da zərər vurur. Cənab Ban bu açıqlamanı noyabrın 25-i dünya ölkələrində Beynəlxalq Qadınlara qarşı zorakılığın Aradan Qaldırılması gününün qeyd edildiyi vaxt verib.
BMT-nin HİV/QİÇS Birgə Proqramının bildirdiyinə görə, dünyada hər saat 50 gənc qadın HİV virusina yoluxur. Proqram yoluxma hallarının çoxunun zorakılıqla əlaqədar olduğunu bildirir.
Ümumdünya Səhiyyə Təşkilatıın verdiyi məlumata görə, qlobal miqyasda gənc qadınların 45 faizi bildirib ki, onlar ilk dəfə seksual əlaqədə olmağa məcbur ediliblər.