BMT oğlan uşaqlarına üstünlük verən cinsi seçim siyasətini ayrı-seçkilik və zorakılıq kimi qiymətləndirir. Ümumdünya SəhiyyəTəşkilatı da daxil edilməklə BMT-nin 5 agentliyi və Uşaq Fondu qadınların oğlan dünyaya gətirməsi üçün böyük təzyiq altında olduğunu bildirir. Bu, təzyiqdən əlavə qadınları qızları aşağı statusda saxlamağa vadar edir. Agentliklər Cənubi, Şərqi və Mərkəzi Asiya ölkələrində hər 130 oğlan qarşılığında 100 qızın doğulduğunu bildirir. Qeyri-mütənasiblik qadınlara qarşı zorakılqıların da artmasına yol açır. Qadınların ailə qurmaq imkanının zəifləməsi qadın alverinə səbəb olan faktorlardandır. BMT istənilməyən qız uşaqlarının doğumunun qadınların atılması, boşanma, döyülmə hətta öldürülməsinə səbəb olduğunu bildirir. Bəzi ölkələrdə ana bətnində ikən uşağın cinsinin müəyyən edilməsi yasaqdır. Qadağalar çox hallarda qadınları səhhətlərini riskə atan gizli prosedurlara vadar edir. BMT hökumətləri səhiyyə işçilərinin texnologiyalardan istifadə etməsinə imkan yaradılmasına çağırır.