BMT-nin Nüvə Agentliyi: İran nüvə razılığının şərtlərinə əməl edir

Iranian President Hassan Rouhani, left, shakes hand with Iran's deputy Foreign Minister and senior nuclear negotiator Abbas Araghchi after awarding him a medal of honor in a ceremony in Tehran, Iran, Feb. 8, 2016.

Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, İran nüvə proqramının atom silahları istehsalında istifadə edilə biləcək hissələrini Tehranla əldə edilmiş razılığın şətlərinə uyğun olaraq ixtisar edir.

Agentliyin kvartallıq hesabatında bildirilir ki, Tehran ABŞ, Çin, Rusiya, Fransa, Almaniya və AVropa İttifaqı ilə sanksiyaların ləğvi müqabilində əldə edilən razılığın əsas məqamlarına riayət edir.

Hesabatda İranın uran zənginləşdirilməsi və ağır su istehsalının limiti aşmadığı və razılığa əsasən 3.67 faiz uran zənginləşdirilməsi normasına sadiq qaldığı bildirilir.

Obama dövrü sazişinin tənqidçisi olan Donald Tramp sazişi ləğv edəcəyinə söz vermişdi. Tramp bu sazişi “rüsvayçılıq” adlandırır.

Prezident deyib ki, İran nüvə razılaşması ABŞ-ın daxil olduğu ən pis və ən birtərəfli sazişdir.