BMT Əfqanıstan xalqını seçkilərdə fəallığa çağırıb

BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Ceyn Kubis seçiciləri zorakılıqlara baxmayaraq prezident seçkilərində fəallığa çağırıb.

Cənab Kubis deyib ki, Əfqanıstan vətəndaşları heç kimin onları səs vermək hüququndan məhrum etməsinə icazə verməməlidir.

Çərşənbə günü Kabildə bomba hücumu zamanı altı polis işçisinin həyatını itirməsi də daxil ediməklə, yol verilən zorakılıqlar seçicilərdə qorxu yaradıb.

Taliban prezident və vilayət şurası seçkilərinə zorakılıqlar törədərək müdaxilə edəcəyini deyib. Təhdidlərə baxmayaraq Əfqanıstanın Müstəqil Seçki Komissiyası bildirib ki, xalqın dəstəyi ilə ölkədə azad və ədalətli seçki keçirəcək.

Aprelin 5-də keçiriləcək prezident seçkilərinin qalibi ölkəyə 12 ildən çoxdur başçılıq edən Həmid Karzayı əvəzləyəcək.