BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında münaqişə zamanı yaşayış məntəqələrinə edilən bütün hücumları qınayıb. Bu haqda BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin Azərbaycan və Ermənistan arasında vəziyyətlə bağlı açıqladığı bəyanatda bildirilir.
“Mülki şəxslərin, o cümlədən uşaqların oktyabrın 16-da xəbər verildiyi kimi Gəncə şəhərinə hücum nəticəsində faciəvi ölümü, eləcə də Stepanakert/Xankəndi və birbaşa Dağlıq Qarabağ münaqişəsi zonasında və onun ətrfafında digər yerlər da daxil olmaqla hər bir yerdə yaşayış məntəqələrinə edilən hücumlar tamamilə qəbuledilməzdir” – deyə bəyanatda bildirilir.
BMT Baş katibi tərəflərin "beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına davamlı olaraq əhəmiyyət verməməsinə görə dərin təəssüf hissi keçirdiyini" bildirib.
“Onun Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinə son müraciətlərində təkrarladığı kimi hər iki tərəf beynəlxalq humanitar qanuna uyğun olaraq hərbi əməliyyatlar zamanı mülki şəxslərin və mülki infrastrukturun qorunması və müdafiəsi üçün daim qayğı göstərməyə borcludur”, bəyanatda qeyd edilir.
SEE ALSO: Azərbaycan və Ermənistan humanitar atəşkəsə razılıq verdiBMT Baş katibi oktyabrın 18-də humanitar atəşkəsin elan edildiyini qeyd edərək, hər iki tərəfin öhdəliyə tam əməl etməsini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqları davam etdirməsini gözlədiyini bildirib.
Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
Atəşkəs razılığına gəlinməsi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla oktyabrın 17-də apardığı telefon danışığından sonraya təsadüf edir.