BMT-nin baş katibi Beynəlxalq Mətbuat Azadlığı Günündə dünya ölkələrinin hökumətlərini jurnalistlərin COVİD-19 pandemiyası dövründə öz işlərini görə bilməsini təmin etməyə çağırıb.
“Pandemiya yayıldıqda eyni zamanda, sağlamlıqla bağlı zərərli tövsiyərlərdən tutmuş ağlasığmaz qəsd nəzəriyyələrinə qədər ikinci dezinformasiya pandemiyası yaranıb. Mətbuat təsdiq olunmuş, elmi, faktlara əsaslanan xəbərlər və təhlillərlə bunun qarşısını alır” - deyə, Antonio Quterreş bildirib. “Lakin pandemiya başlandan bir çox jurnalistlər öz peşə vəzifələrini yerinə yetirdiklərinə görə artan məhudiyyətlər və cəzalarla qarşılaşıb”, BMT baş katibi əlavə edib.
BMT virusun yayılmasının qarşısının alınması üçün səyahətlərə məhdudiyyətlərin qoyulmasının zəruriliyini etiraf edib, lakin bu məhdudiyyətlərdən jurnalistlərin öz işlərini görməsinin qarşısının alınması üçün sui-istifadə edilməməli olduğunu bildirib.
Cenevrədə qərargahlanan Mətbuat Emblemi Kampaniyasına əsasən, martın 1-dən dünyanın 23 ölkəsində 55 media nümayəndəsi koronavirus nəticəsində həyatını itirib.
Amerikanın Səsi COVİD-19 pandemiyası ilə əlaqədar senzura və mətbuata qarşı pozuntuları izləyir.
Beynəlxalq Mətbuat Azadlığı Günü BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı olan UNESCO-nun təşəbbüsü ilə keçilir. Bu il Mətbuat Azadlığı Gününün şüarı “qorxusuz və himayəsiz jurnalistika”-dır.