BMT məruzəçisi: Dəlillər Səudiyyə vəliəhdinin Xaşuqcinin qətlinə görə məsuliyyət daşıdığını göstərir

BMT insan hüquqları üzrə təhqiqatçısı bildirib ki, jurnalist Camal Xaşuqcinin qətli ilə əlaqədar onlara qarşı əsaslı dəlillər olduğuna görə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və digər yüksək səviyyəli şəxslər təhqiq edilməlidirlər.

Camal Xaşuqcinin qətli əvvəllər Qərbdə krallığın neftdən asılığının azaldılması və qadınların avtomobil idarə etməsinə icazə verməklə, sosial məhdidyyətlərinin aradan qaldırılmasına çalışan lider kimi qəbul edilən şahzadənin imicinə ciddi zərər vurub.

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard altı ay sürən təhqiqatdan sonra açıqladığı 100 səhifəlik hesabatında Səudiyyə Ərəbistanını “əvvəlcədən düşünülüb planlaşdırılmış qətldə” ittiham edib.

“Vəliəhd şahzadənin məsuliyyəti ilə bağlı kifayət qədər dəlilin olması təhqiqatın davam etdirilməsini tələb edir” – deyə, xüsusi məruzəçi bildirib.

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ər-Riyadda investisiya konfransında, 23 noyabr, 2019.

Ər-Riyadda dövlət naziri hesabatı rədd edərək, sənəddə “əsassız iddiaların” olduğunu deyib.

Jurnalistin qətindən sonra bəzi Qərb şirkətləri Ər-Riyadda keçirilən investisiya forumundan iştirak etməkdən imtina edib. Lakin böyük investorların builki razılaşmaları davam etdirməsi krallığın biznes əlaqələrinin əvvəlki qaydada aparılması səylərinə işarə kimi qiymətləndirilir.

Kallamard Səudiyyə Ərəbistanının “qanuni məqsədlərlə” istifadə üçün məhdudlaşdırıldığını nümayiş etdirməyənə qədər dünya ölkələrini Ər-Riyada izləmə texnologiyalarının ixracatı üçün lisenziyaları dayandırmağa çağırıb.

O həmçinin Birləşmiş Ştatları Federal Təhqiqat Bürosunun (FBI) tərəfindən təhqiqat aparmağa və ABŞ daxilində cinayət işinin başladılmasına çağırıb. FBI hələlik bu çağırışla bağlı şərh verməyib.

BMT məruzəçisi habelə dünya ölkələrini Səudiyyə Ərəbistanının de fakto lideri hesab edilən vəliəhd şahzadənin qətlə görə məsuliyyət daşımadığını sübuta yetirməsinə qədər onun özü və onun xarici ölkələrdə hesablarını sanksiyalara daxil etməyə çağırıb.