BMT: Myanma Rohinca qaçqınlarının qayıtması üçün təhlükəli olaraq qalır

BMT-nin xüsusi məruzəçisinin bildirdiyinə görə, 700 mindən çox Rohinca qaçqınının iki il əvvəl Myanmadan zorakı şəkildə çıxardılmasından sonra ölkədə onların geri qayıda bilməsi üçün şərait hələ də çox təhlükəli olaraq qalır. Rohinaca qaçqınları hazırda Banqladeşdə Koks Bazarda düşərgələrdə yaşayır.

Xüsusi məruzəçi Yanqhe Li bildirib ki, Myanma beynəlxalq qanunu kobud şəkildə pozmağa və Rakxayn, eləcə də cənubdakı Çin ştatlarındakı etnik azlıqlara qarşı qəddar üsullarla repressiyaları davam etdirir.

Myanma zorakılıq və təqiblər sistemini dayandırmaq üçün heç bir şey etməyib və Rakxaynda qalan Rohincalar 2017-ci ilin avqust hadisələrindən öncəki ağır şəraitdə yaşayır.
Yanghe Li

O, çox sayda mülki vətəndaşın öldürüldüyünü və həm Myanmanın hərbi qüvvələri, həm də Rakxaynda üsyançı qrup olan Arakan ordusu tərəfindən güclü artilleriya və digər hərbi üsullardan istifadə edilməsi nəticəsində on minlərlə insanın məcburi köçkün olduğunu deyib.

Xüsusi məruzəçinin bildirdiyinə görə, Rohinca qaçqınlarının Myanmaya qayıtdıqda təhlükəsiz ola biləcəklərini heç bir şəkildə təsəvvür etmək mümkün deyil. O, avqust ayında 3450 qaçqının geri qaytarılması haqda razılığın əldə edildiyini bildirmişdi.

BMT nümayəndəsi Myanmanın qaçqınların geri qaytarılması üçün lazım olan tədbirləri gördüyünü iddia etdiyini və prosesin gecikdirilməsində Banqladeşi günahlandırdığını bildirib. Lakin o, əslində bunun əksinin baş verdiyini deyib.

“Myanma zorakılıq və təqiblər sistemini dayandırmaq üçün heç bir şey etməyib və Rakxaynda qalan Rohincalar 2017-ci ilin avqust hadisələrindən öncəki ağır şəraitdə yaşayır. Onlara vətəndaşlıqdan və tanınmaqda məhrum edilir, Arakan ordusu və Tatmadav arasında davam edən münaqişədə daimi şəkildə zorakılıqla qarşılaşır” -deyə, o bildirib.

BMT təhqiqatçısı Rohincaların azad şəkildə hərəkət edə bilmədiyini və ərzaq, səhiyyə xidmətləri, təhsil, dolanışıq imkanları və digər xidmətlərə məhdud çıxışları olduğunu deyib.

Myanmanın Cenevrədə BMT-də daimi nümayəndəsi Kyav Moe Tun xüsusi məruzəçi Yanqhi Lini qərəzsiz və obyektiv olmamaqda günahlandırıraraq, Myanmanın insan haqlarının hər hansı şəkildə pozulmasına dözümlülük göstərmədiyini bildirib. O, ikitərəfəli razılaşmalara uyğun olaraq, heç bir Rohinca qaçqınının geri qayıtmadığını etiraf edib, lakin hindular və müsəlmanların öz istəyi ilə qayıtdığını deyib.