BMT Təhlükəsizlik Şurası monitorinq missiyasını 30 gün uzatdı

Qərar yekdilliklə qəbul olunub.
Suriyada döyüşlər intensivləşdiyi və beynəlxalq diplomatiyanın durğunluqla üzləşdiyi vaxtda BMT Təhlükəsizlik Şurası monitorinq missiyasını 30 gün uzatmaq barədə qərarı yekdilliklə təsdiqləyib.

Cümə günü qəbul edilmiş qərar 300 silahsiz hərbi müşahidəçiyə missiyanı sona çatdırmağı başlamaq üçün keçid imkanı verir. Onlar BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planı çərçivəsində minlərlə insan həyatının itirildiyi 16 aylıq münaqişəyə son qoymaq üçün yerləşdiriliblər. Bir çoxlarının nəzərində bu qüvvələrin fəaliyyəti qeyri-effektiv olub.

ABŞ-ın BMT-dəki səfiri Suzan Rays deyir ki, bu qərar missiyanın (UNSMIS) nizamlı və təhlükəsiz qaydada çıxarılması üçün yekun olaraq 30 gün müddətinə uzadıb. O, ümidvar olduğunu bildirib ki, missiyanın Suriyanı tərk etdiyi zaman “əsas prioritet BMT əməkdaşlarının təhlükəsizliyi olacaq.”