BMT Krıma dair qətnaməni səsə qoyur


BMT-nin Təhlükəsizlik Şurası Krım referendumunun tanınmamasına çağıran ABŞ-ın tərtib etdiyi qətnaməni səsə qoymağa hazırlaşır.

Diplomatlar Rusiyanın səsverməyə veto qoyacağını gözlədiklərini bildirib, qətnamənin tərəfdarları isə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-nün qətnaməyə səs verəcəyini deyib.

Çin necə səs verəcəyi barədə açıqlama verməyib. Moskvanın yaxın müttəfiqləri bitərəf qalsa, bu, Rusiyanın beynəlxalq səviyyədə təcrid edildiyini nümayiş etdirmiş olacaq.

BMT-nin qətnaməsində Ukraynanın ərazi bütövlüyü tanınır və bazar günü keçiriləcək referendumun etibarlı olmadığı deyilir.

Referendum Krım sakinlərinə ya Rusiyaya qoşulmaq, ya da Ukraynada qalaraq muxtariyyətin gücləndirilməsi kimi iki seçim verir. Referendumun rusların əksəriyyət təşkil etdiyi Krımın Rusiyaya qoşulmasına səs verilməsi ilə nəticələnəcəyi gözlənilir.