BMT-nin İraqda humanitar yardım üzrə koordinatoru bildirib ki, təşkilat İŞİD-in nəzarətində olan hissələrindən on minlərlə insanın təxliyyə ediləcəyini gözləyir. Mülki əhali İraq hərbi qüvvələrinin İŞİD-in istinadgahlarına qarşı hərbi əməliyyatlar keçirməyə hazırlaşdığı vaxt təxliyyə edilməyə başlayır.
BMT koordinatoru Lise Qrande deyib ki, humanitar yardım qrupları Mosul yaxınlığında Tal Afarda, Kərkük vilayətində cənub-şərqdə Havicada və qərbdə Anbar vilayətində gözlənilən əməliyatların keçiriləcəyi ərazilərə yollanır.
O bildirib ki, humanitar yardım işçiləri hərbi qüvvələrinin toplandığı məntəqələr və planlaşdırılmış evakuasiya marşrutları barədə məlumatlandırılıblar.
Çərşənbə axşamı Cenevrədə danışan Qrande bildirib ki, İraqın ikinci ən böyük şəhəri olan Mosulda döyüşlər başa çatsa da, “Mosuldakı humanitar fəlakət bitməyib”.
BMT koordinatorunun bildirdiyinə görə, İraqda təxminən 3.3 milyon insan yerlərindən didərgin düşüb. Bu insanların 700 mini Mosuldandır.
İraq hərbi qüvvələri ABŞ-ın başçılıq etdiyi beynəlxalq hərbi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabrından Mosulun azad ediməsi ilə bağlı əməliyyata başladıqdan sonra şəhəri iyul ayında azad edib.
Mosul 3024-cü ildən İŞİD-in nəzarətində idi.