Netanyahu Ruhanini nüvə silahı proqramını inkişaf etdirmək səylərində günahlandırıb

BMT-nin Baş Assambleyasında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhanini İranın nüvə silahı proqramını inkişaf etdirməsi üçün strategiya hazırlamaqda günahlandırıb.

Cənab Netanyahu deyib ki, cənab Ruhani sərt-xətt tərəfdarı olan sələfi Məhəmməd Əhmədinejadla eyni məqsədi güdür.

İsrail lideri beynəlxalq ictimayyəti İrana qarşı ciddi sanksiyaların tətbiq edilməsinə davam etməyə çağırıb. O deyib ki, təyziq nə qədər güclü olsa, diplomatik həll yolu üçün də bir o qədər çox imkanola bilər.

İranın BMT-dəki səfirinin köməkçisi Xodadad Seifi cənab Netanyahunun çıxışının təxribat xarakterli olduğunu deyib. Seifi BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib ki, heç bir ölkə İranın nə edəcəyini ona diktə edə bilməz.