BMT: Hər üç suriyalıdan ikisi humanitar yardıma möhtacdır

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, 11.7 milyon insan, yəni Suriya əhalisinin təxminən üçdə ikisi həyatda qala bilmək üçün beynəlxalq humanitar yardımdan asılıdır. BMT martın 12-dən 14-dək Brüsseldə Suriya üçün beynəlxalq ianə konfransından öncə humanitar yardım planı hazırlayıb.

Təşkilat Suriyadakı humanitar planı üçün hələ ki, bir rəqəm hazırlayıb. Lakin ötən ilki 3.36 bilyard dollarlıq çağırışı nəzərə aldıqda, 2019-cu ildə ehtiyacı olan milyonlarla mülki vətəndaşa yadım etmək ucuz başa gəlməyəcək.

Suriya höküməti, Rusiya müttəfiqlərinin yardımı ilə böyük hərbi irəliləyişlər əldə edib, əraziləri geri alıb. Buna baxmayaraq, BMT bildirir ki, nə müharibə nə də mülki əhaliyə təsir göstərən humanitar böhran hələ ki, bitməyib.

Təşkilat 6.2 milyon suriyalının ölkə daxilində didərgin düşdüyünü təxmin edir. Onlar bildirir ki, əhalinin 80 faizi yoxsulluq səviyyəsindən aşağıdadır və xroniki aclqidan əziyyət çəkir.

Qaçqın düşərgəsi

Humanitar Məsələlərin Koordinasiyası idarəsinin sözçüsü Yens Larke deyir ki, səkkiz il davam edən müharibə Suriyanı dünyada ən çox ehtiyacın olduğu ölkəyə çevirib.

Bundan əlavə Larke deyib ki, insanlar partlayıcı təhlükəsi ilə üzləşirlər, çünki ölkə boyu minalar və müxtəlif partlayıcılarla doludur. Onun sözlərinə görə, 10 milyondan çox insan hələ də partlayıcılarla dolu ərazilərdə yaşayır.

BMT-nin yardım planında ərzaq, sığınacaq, tibbi yadım, su və sanitariya kimi həyatda qalmaq üçün ehtiyac olanların siyahısı əks olunur. Plan iki milyon oğlan və qızın məktəbə getmədiyi ölkədə təhsilin vacibliyini də qeyd edir.