Gürcüstan prezidenti deyir ki, BMT-nin qaçqınlara Abxaziya və Cənubi Osetiyaya qayıtmağa icazə verən səsverməsi “xeyirlə şər” arasındakı mübarizəni əks etdirir. Amerikanın Səsinə müsahibədə prezident Mixeil Saakaşvili deyib ki, evlərinə qayıtmaq gürcü qaçqınların “fundamental insan hüququdur”. O, deyib ki, Rusiya qətnamənin əleyhinə ciddi mübarizə apardı. Ötən həftə 50:17 nisbəti ilə səsvermədə BMT Baş Assambleyası qətnaməni qəbul edib. Qətnamədə Gürcüstan boyu bütün qaçqınların öz yurdlarına qayıtmaq hüququ müdafiə olunur. Rusiya qətnamənin ləğv edilməsinə çağıraraq Cənubi Osetiya və Abxaziyanın muxtariyyatının tanınmasının vacibliyini vurğulayıb.