Dünyada hər il 18 yaşından aşağı 7.3 milyon qız ana olur

BMT-nin Əhali Fondunun son hesabatına görə, dünyada hər il 18 yaşından aşağı 7.3 milyon qız ana olur. Onların 2 milyonu 14 yaşından aşağıdır.

İnkişaf etməkdə olan ölkələrdə gündə 20 min azyaşlı qız dünyaya uşaq gətirir. Bu ölkələrdə 70 min qadın doğuşsonrası ağırlaşmalar və doğuş zamanı dünyasını dəyişir.
15 yaşından aşağı qızların hamiləlik və doğuş zamanı ölüm hallarının iki dəfə artıb

Qadınlarda doğuşdan sonra ən çox mamalıq fistulası kimi problem yaranır. Onların doğuş kanalında dəlik əmələ gəlməsi ilə sidiyin saxlanması çətinləşir.

BMT-nin Əhali Fondunun direktoru Alanna Armitajın dediyinə görə, azyaşlı qızların məcburi evlilik və seksual əlaqələrə məcbur edilməsi riski artmaqdadır. O, 15 yaşından aşağı qızların hamiləlik və doğuş zamanı ölüm hallarının iki dəfə artığını deyir.

“Hesabatımız göstərir ki, hər 10 yeniyetmə qızın 9-u ərə verilir. Bu, hər gün 39 min qızın ailə qurması deməkdir. Hər 9 qızdan 1-i 15 yaşdan aşağıdır.

Hesabatda gənc qızların erkən hamiləliyi iqtisadi problemlərlə ölçülür.

Azyaşlıların hamiləliyinin vurduğu maddi ziyan Çində Ümumdaxili Məhsul İstehsalının 1 faizini təşkil edirsə, Uqandada bu göstərici 30 faizdir.

Sənəddə deyilir ki, dünyanın yoxsulluq və savadsızlığın hökm sürən hər bir regionunda qızların erkən hamiləliyi halları daha yüksəkdir.

Afrika qitəsinin fransızdilli ölkələrində azyaşlıların hamiləliyinə ingilisdilli ölkələri ilə müqayisədə daha çox rast gəlinir.

BMT-nin Əhali Fondunun hesabatına görə, zəngin ölkələrdə də erkən hamiləlik böyük problem olaraq qalır.

Hesabatda deyilir ki, qızları gühanlandırmaqdansa, cəmiyyətlər öz münasibətləri və davranışlarını dəyişməlidir.

Sənəddə qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə, habelə kontrasepsiya tövsiyə edilir.