BMT Birmanı müsəlman azlığın vətəndaşlıq hüququnun tam təmin etməyə çağırıb

Rohingya müsəlmanlarının qaçqın düşərgələri

BMT qətnaməsində bildirilib ki, qrupun üzvlərinə vətəndaşlıq verilməli və onların özlərini Bengali yox, Rohingyalı adlandırmalarına icazə verilməlidir

BMT Baş Assambleyası Birmanı ölkənin Rohingya azlığına vətəndaşlıq verilməsi və onlara bərabər hüquqlar tanımasına çağıran qətnamə qəbul edib.

Yekdilliklə qəbul edilən qətnamədə Baş Assambleya Birmanın əksəriyyətini müsəlmanların təşkil etdiyi azlıqda olan Rohingya qrupuna qarşı münasibəti ilə bağlı narazılığını bildirib.

140 minə yaxın rohinqyalı Raxin vilayətində çirkli və basırıq düşərgələrdə yaşayır. Orada 2012-ci ilin iyun ayından bəri məzhəb zəminində iğtişaşlar nəticəsində 280-ə yaxın insan həlak olub.

Myanmar kimi də tanınan Birma Rohingya azlığını tanımır. Bir sıra yerli və dövlət rəsmiləri onların Banqladeşdən gələn mühacirlər olduğunu hesab edir.

BMT qətnaməsində bildirilib ki, qrupun üzvlərinə vətəndaşlıq verilməli və onların özlərini Bengali yox, Rohingyalı adlandırmalarına icazə verilməlidir.

Qətnamədə həmçinin bildirilib ki, Rohingyalılar hər kəs kimi eyni xidmətlərlə təmin olunmalıdır və qrupun dövlət mühafizəsi altında öz icmalarına geri dönmələrinə icazə verilməlidir.