Ötən həftə İran Azərbaycanında baş verən zəlzələdən urəkağrıdıcı kadrlara baxdıqca adamda həmçinin acı təəssüf hissi baş qaldırır. Əgər bu insanlar inkişaf etmiş ölkədə yaşasaydılar, yəqin ki, sağ qalardılar. Bu həqiqət zəlzələ nəticəsində həlak olan əksər üçüncü dünya ölkəsi vətəndaşlarına şamil edilə bilər. Fakt budur ki, 6 bal gücündə zəlzələ bu qədər adamın ölümünə bais olmamalı idi – əgər həmin adamlar müasir standartlara cavab verən tikililərdə yaşasaydılar.
İran və Türkiyədəki kimi tektonik zonalar dünyanın inkişaf etmiş ölkələrinin də payına düşür. Əslində dünyada ən çox və ən güclü zələzələlərin baş verdiyi ölkə Yaponiyadır. Orada demək olar ki, hər həftə zəlzələ baş verir. Əgər zəlzələ Rixter şkalasında 7 balı ötmürsə, adətən ölən olmur. Ötən yay mən Tokyo qatar stansiyasında gözləyərkən zəlzələ baş verdi. Yer bir neçə saniyəliyə ayaqlarımın altından qaçdı. Sonradan məlum oldu ki, 3-4 bal gücündə zəlzələ olub. Yaponiyada bundan qat-qat qüdrətli zəzələlər baş verib. Amma binaların müasir standartlara cavab verməsi təmin edir ki, titrəyiş müəyyən həddi aşmasa, təlafat olmayacaq. Eyni sözləri Amerikanın ən intensiv zəlzələ zonası sayılan Kaliforniya ştatı haqda demək olar. 1994-cü ildə episentri Northridge şəhərində baş verən 6.7 bal gücündə təbii fəlakət milyonlarla adamın yaşadığı ərazidə cəmi 57 ölümlə nəticələnmişdi.
İran Azərbaycanında baş vermiş zəlzələ bir çoxlarında kədərlə bərabər dərin hiddət doğurur. Bəziləri İran hökumətini milli ayrıseçkilik zəmində etinasızlıqda günahlandırırlar. İran mediasında zəlzələnin gündəmdə olmaması, rəsmilərin zəlzələ bölgəsinə dərhal səfər etməməsi bu ittihamlara qismən də olsa əsas verir. Amma bu faktlar zəlzələdə həlak olanların sayına təsir göstərməzdi. 2003-cü ildə İranın farslar yaşayan Bam vilayətində zəlzələ 30 minə yaxın adamın həyatına son qoymuşdu.
Zənnimcə, bu zəlzələnin ən faciəli aspekti İranın yoxsul və geridəqalmış ölkə olmasıdır. Demokratiya və kapitalizmin mövcud olmadığı İslam Respublikasında infrastruktur zəifdir və bu infrastrukturu tələb edən hüquqi baza isə demək olar ki, yoxdur. Çox da ki, İran rəhbərliyi gündə bir raketi sınaqdan keçirir, uran zənginləşdirdiyini elan edərək qürrələnir. Hər şey göz qabağındadır. Fotolarda binaların görkəmindən və insanların geyimlərindən görünür ki, buranın sakinləri səfalət girdabında üzürlər. Ələlxüsus kənd yerlərinin inkişaf səviyyəsi 21-ci əsrə uyğun gəlmir. Zəlzələ üzrə amerikalı ekspert Paul Karuso İran kimi ölkələrdə tikinti kodlarına riayət olunmamasını həyatla ölüm arasındakı mühüm fərq kimi səciyyələndirir.
Yoxsulluğun arxasında dayanan başlıca səbəb təbii resurs çatışmazlığı yox, təfəkkürdür. Ekspertlər hesab edirlər ki, zəlzələdən sonrakı 24 saat həyatları xilas etmək üçün ən kritik məqamdır. Dağıntıların altında qalmış adamların çoxunu məhz bu vaxt kəsiyində xilas etmək mümkündür. Lakin inkişaf etmiş qüdrətlərlə düşmənçiliyi əsas gətirərək molla hökuməti bu vaxt ərzində xarici dövlətlərə yardım üçün müraciət etmədi. Həmin dağıntıların altında qalmış insanları çıxarmaq üçün başqa elementar vasitədən – itlərdən istifadə oluna bilərdi. Amma beyinləri mövhumatla dolmuş İslam Respublikasının rəsmiləri iti murdar heyvan hesab etdiklərinə görə bu praktikadan davamlı şəkildə imtina edirlər. Ovçuluqdan tutmuş narkotik qaçaqmalçılığa qarşı mübarizə, korlara yardım və nəhayət sağ zəlzələ qurbanlarını tapmağadək əksər işlərə yararlı olan it həqiqətən də insanın ən yaxın dostudur. Bəs İran hökuməti necə?