Qan təhlilləri ürək xəstəlikləri riskini azaldır [Video]

Your browser doesn’t support HTML5

Alimlər artıq qan təhlillərinin nəticələrindən xərçəng xəstəliyinin olub-olmadığını, orqanlarınızın fəaliyyəti və xərçəngin onlara nə dərəcədə təsir etdiyini bilirlər. Hazırda isə qan təhlili ürək tutması və ya iflic barədə xəbərdarlıq edir.

Qan təhlili vasitəsilə xolesterolun səviyyəsini öyrənmək demək olar ki, adi prosedurdur. Lakin hazırda qan testinin nəticələri ürək tutması və ya iflic riskinin olub-olmadığını göstərir.

Bu təhlillə qandakı Seramidin səviyyəsini öyrənmək olur. “Seramidlər lipidlərdir ki, xolesterolun demək olar ki, eynisidir. Bu, mum molekullarıdır. Onların xolesteroldan fərqi bioloji baxımdan daha aktiv olmasıdır.”

Mayo klinikasından doktor Ceff Myusenin dediyinə görə, keramidlər pis xolesterolun arteriya damarının divarlarına daxil olmasına yardım edir. “Əgər onlar oraya daxil olurlarsa bu, PLAK, yəni arteriyanın codlaşması və ürək damarının daralması deməkdir. Bu isə ürək tutması və iflic riskini artırır” deyə, o bildirir. “Qanda xolesterolun səviyyəsi aşağı olsa belə, bu təhlilllər gələcəkdə infark və ya iflic riskinin olub-olmadığını göstərə bilər.”

Xəstələr üçün ürək tutması riskini 40 faizə qədər azaldan Statin preparatı artıq istifadəyə verilib. Çəkini azaltmaq və idmanla məşğul olmaq kimi dəyişikliklər də infark və iflik riskini azalda bilər.

Doktor Myusenin dediyinə görə, insanlar dəyişikliyi həyat tərzlərini dəyişdikdən altı həftə sonra görə bilər. Və bu onlara sağlamlıqlarına daha yaxşı qayğı üçün stimul verər.