ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşüb. Daha sonra o, Qəzzaya daha çox humanitar yardım, mülki əhalinin müdafiəsi və münaqişənin digər bölgələrə yayılmamasını təmin etmək üçün İsrailə yollanıb.
Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinin lideri Şeyx Məhəmməd bin Zayidlə görüşü zamanı Blinken "münaqişənin daha da yayılmasının qarşısının alınmasının vacibliyini və ABŞ-ın İsrailin təhlükəsizliyini təmin edən, müstəqil Fələstin dövlətinin yaradılmasını təşviq edən davamlı regional sülhün təmin edilməsinə sadiqliyini vurğulayın" - deyə, bildirib.
Səudiyyə Ərəbistanında Blinkenin vəliəhd şahzadə Məhəmməd bin Salman ilə danışıqları planlaşdırılır.
Bazar günü İordaniya kralı II Abdulla və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüşlərdə ABŞ-ın yüksək səviyyəli diplomatı İsrailin Qəzzada İsrail-HƏMAS müharibəsi zamanı mülki itkilərin qarşısını alması və humanitar yardımın həcminin əhəmiyyətli dərəcədə artırmasının vacibliyindən danışıb.
İordaniyanın Kral Məhkəməsinin bildirdiyinə görə, kral Abdulla İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsinin "fəlakətli nəticələri barədə xəbərdarlıq edib" və ABŞ-ı dərhal atəşkəs üçün təzyiq göstərməyə çağırıb.
Əmmanda səfərdə olarkən Blinken eləcə də Qəzzada aclıq çəkən fələstinlilər üçün yük maşınlarının yükləndiyi Ümumdünya Ərzaq Proqramının anbarını da ziyarət edib.
"Ehtiyacı olan insanlara ərzaq toplamaq və paylamaq üçün buradakı səylər çox vacibdir. Birləşmiş Ştatlar Qəzzaya giriş yollarını açmaq üçün ilk gündən çalışır" - deyə, o bildirib.