Blinken Rusiyanı Ukraynada artan “cinayətlərinə” görə sərt tənqid edir, Moskvanın BMT-nin İnsan Haqları Şurasına üzvlüyünü şübhə altına alır

ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Millətlər Təşkilatına Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törətdiyi “cinayətlər”in “hər saat” artmasına görə Rusiyanın agentliyin İnsan Haqları Şurasında üzvlükdən çıxarılıb-çıxarılmaması məsələsini nəzərdən keçirməsini tövsiyə edib.

Martın 1-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasında çıxış edən yüksək səviyyəli ABŞ diplomatı səbəbsiz hücum zamanı xəstəxanalar, məktəblər və yaşayış binalarına endirilən hava zərbələri ilə bağlı “sənədləşdirmə və hesabatın təmin edilməsi istiqamətində mühüm addım” kimi beynəlxalq təhqiqatın aparılmasına əsas verdiyini bildirib.

“Əsaslı bir sual vermək olar ki, BMT-nin üzvü olannbaşqa bir dövləti ələ keçirməyə cəhd edən, insan haqlarını dəhşətli şəkildə pozan və böyük humanitar iztirablara səbəb olan BMT-nin başqa bir üzvünün BMT-nin ən yüksək insan haqları orqanı olan Şurasında qalmasına icazə verilməlidirmi”, o, video-müraciətində deyib.

“Əgər [Rusiya] prezidenti [Vladimir] Putin bəyan etdiyi kimi. Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirməyə nail olarsa, insan haqları və humanitar böhranlar daha da ağırlaşacaq” - deyə, o əlavə edib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb.

Bazar ertəsi BMT-nin İnsan Haqları Şurası Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkədə yaranmış böhranla bağlı bu həftənin sonunda təcili müzakirələrin keçirilməsi tələbini böyük səs çoxluğu ilə təsdiqləyib.

Təklif 47 üzvdən ibarət Şurada 29 ölkə tərəfindən müsbət qarşılanıb. Səsvermədə 13 ölkə iştirak etməyib. Beş ölkə - Çin, Kuba, Eritreya, Rusiya və Venesuela təklifin əleyhinə səs verib.

Səsvermə Ukraynanın BMT-nin Cenevrədəki səfiri Yevheniya Filipenkonun qızğın çağırışından sonra baş tutub. O, Şuranı Rusiyanı ölkəsinə qarşı təxribatsız, əsassız hücuma görə məsuliyyətə cəlb etməyə çağırıb.