ABŞ Dövlət katibi Cənubi Koreyanın Çinlə “sağlam və yetkin” əməkdaşlıq əlaqələri inkişaf etdirmək səylərini dəstəklədiyini bildirib. Bu barədə şənbə günü Cənubi Koreyanın xarici işlər nazrliyi məlumat verib.
Nazirlik şənbə günü açıqlamasında bildirib ki, Blinken Cənubi Koreyanın xarici işlər naziri Park Cinlə telefon söhbətində ikitərəfli münasibətləri, Çinlə Cənubi Koreya arasında əlaqələri və Şimali Koreyanı müzakirə edib. Bazar günü Pekinə səfər edəcək Blinken Prezident Co Bayden administrasiyasından Çinə səfər edən ən yüksək vəzifəli rəsmi olacaq.
Nazirlik bildirib ki, Blinken və Park Şimali Koreyanın təkrarlanan təxribatlarını qətiyyətlə pisləyib və razılaşıb ki, ABŞ, Cənubi Koreya və Yaponiya Çini nüvəsizləşdirmə ilə bağlı BMT Təhlükəsizlik Şurasında konstruktiv rol oynamağa çağırmağa davam etməlidir. Açıqlama təfərrüatlar verilməyib.
ABŞ rəsmiləri deyir ki, onlar Blinkenin Çinə səfərinin Vaşinqton və Pekin arasındakı münasibətlərdə bir irəliləyişə səbəb olacağını gözləmirlər. Bu, son beş ildə ilk dəfədir ki, ABŞ dövlət katibi Çinə səfə edir. Blinken cmüə günü deyib ki, səfərin məqsədi “açıq və güclü” kommunikasiya qurmaqdır.