ABŞ dövlət katibi Antoni Blinken Rusiya və Ukrayna arasında sülh danışıqlarının perspektivlərinə dair şübhələrini ifadə edərək bildirib ki, Moskva "vəziyyətdən saxta çıxış yolu" axtarır və niyyətlərinin ciddiliyini nümayiş etdirmir.
"Rusiya ciddi diplomatiyada maraqlı olduğunu nümayiş etdirməyənə qədər heç yerə tərpənməyəcək. Əgər bu baş verərsə, biz kömək etməyə hazır olacağıq" – deyə, dövlət katibi Wall Street Journal qəzetinin təşkil etdiyi sammitdə deyib.
"Müəyyən mənada həmişə çıxış yolu var və bu, çox sadədir. Prezident Putin bu müharibəni başlayıb və sabah onu bitirə bilər" - deyə, Blinken izah edib.
"Ukraynanın özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını, Rusiyanın təcavüzünə qarşı lazım olan hər şeyi təmin etmək, fevralın 24-dən sonra ələ keçirilən əraziləri geri qaytarmaq və ölkədə hər gün baş verənlərin öhdəsindən gəlmək üçün iqtisadi və humanitar dəstək alması üçün biz gördüyümüz işi davam etdirməyə diqqət yönəldirik – deyə, Blinken bildirib.
O xatırladıb ki, prezident Co Bayden dəfələrlə deyib ki, ABŞ üçün əsas prinsip Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı heç bir addım atmamaqdır.
"Və bu o deməkdir ki, ilk növbədə ukraynalılar, lakin bizim dəstəyimiz və dünyanın onlarla ölkəsinin dəstəyi ilə hansı istiqamətdə, nə vaxt və necə hərəkət etmək istədiklərinə qərar verirlər" – deyə, dövlət katibi bildirib.
Onun sözlərinə görə, Rusiya faktiki olaraq Ukraynanın müstəqil ölkə olaraq kimliyini silməyə, onu yenidən Rusiyaya birləşdirməyə çalışıb.
"Onlar bunu edə bilməyiblər və edə bilməyəcəkblər" Blinken bildirib. "Sonra onlar Ukraynanın cənub-şərqində mümkün qədər çox ərazi zəbt etmək üçün torpaqları ələ keçirməyə başladılar. Bu cəhdlər də indi uğursuzluğa düçar olur, çünki gördüyümüz kimi, yaydan bəri ukraynalılar getdikcə daha effektiv mübarizə aparırlar. Ona görə də Rusiyanın hazırkı məqsədi Ukrayna xalqı ilə müharibə etməkdir. Putin qəzəbini və atəşini dinc əhaliyə yönəldir, enerji infrastrukturunu sıradan çıxarmağa, istiliyi, suyu, işığı kəsməyə çalışır, xüsusən da indi Ukraynaya qış gəldiyi vaxt," o əlavə edib.