ABŞ dövlət katibi Antoni Blinken İsrailin bu ölkəyə endirdiyi zərbələri müzakirə etmək üçün cümə günü Livanın baş naziri ilə görüşüb. Belə ki, Vaşinqton Hizbullaha qarşı məsuliyyəti öz üzərinə götürməsi üçün Beyrut hökumətinə təzyiq göstərir.
Yaxın Şərqə səfərindən qayından Blinken bir gün əvvəl ParisdəLivanla bağlı keçirilən konfransdan gələn baş nazir Nəcib Mikati ilə Londonda görüşüb.
Rəsmilər kameralar qarşısında gülümsəsə də, heç bir açıqlama verməyib.
İsrailin əsas siyasi və hərbi müttəfiqi olan Birləşmiş Ştatlar İsrailin bir aydır İranın dəstəklədiyi Hizbullahı hədəf alaraq, Livana qarşı bombardmanında dərhal atəşkəsə çağırmayıb.
Lakin Blinken məsələnin tez bir zamanda diplomatik həllinə çağırıb.
Blinken cümə axşamı Dohada "Biz çox açıq şəkildə bildirmişik ki, bu, uzunmüddətli kampaniyaya gətirib çıxara bilməz və bu, olmamalıdır. İsrail də mülki itkilərin qarşısını almaq və BMT sülhməramlılarını və ya Livan silahlı qüvvələrini təhlükəyə atmamaq üçün lazımi addımları atmalıdır" deyib.
Birləşmiş Ştatlar Livanın uzun müddətdir qeyri-sabit olan mərkəzi hökumətini təhlükəsizlik və İranın dəstəklədiyi şiə hərəkatı olan və faktiki olaraq öz ordusuna malik olan Hizbullahın tərksilah edilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
İsrailin Qəzzaya kütləvi hərbi hücumuna səbəb olan fələstinli militantların 7 oktyabr 2023-cü ildə törətdikləri hücumundan sonra Hizbullah HƏMAS-la həmrəy olaraq, İsrailə raket zərbələri endirib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə günü israilli həmkarı Yoav Qallantla telefon danışığında, İsrailin Livan ordusuna azı 11 Livan əsgərinin ölümünə səbəb olan zərbələri ilə bağlı narahatlığını dilə gətirib.