ABŞ dövlət katibi Antoni Blinken İsrail-HƏMAS müharibəsi ilə bağlı danışıqlar üçün İsrailə səfərindən sonra İordaniyanın Əmman şəhərinə səfər edib.
Əmmanda Blinken İordaniya rəsmiləri, habelə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətərin xarici işlər nazirləri və Fələstin Azadlıq Təşkilatı icraiyyə komitəsinin baş katibi ilə görüşüb.
Onlar Qəzzada humanitar böhrana və İsraillə HƏMAS arasında müharibəyə son qoymaq planları tərtib etmək məqsədilə görüşlər keçiriblər.
Blinken həmçinin şənbə günü Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə görüşüb.
Blinkenin səfərindən öncə İordaniyanın xarici işlər naziri Ayman Səfədi açıqlamasında bildirib ki, İsrail mülki vətəndaşları bombalamaq və mühasirə tətbiq etməklə müharibə cinayəti törətdiyini dediyi Qəzzada müharibəyə son qoymalıdır.
Cümə günü Blinken Tel Əvivdə baş nazir Benyamin Netanyahu və İsrailin müharibə kabineti ilə görüşdən sonra deyib ki, bir aya yaxındır davam edən İsrail-HƏMAS münaqişəsində eksalasiya və yayılmanın qarşısını almaq əssas priroitetdir.
Görüşdən sonra Blinken müxbirlərə bildirib ki, oktyabrın 7-də baş verən hücum kimi başqa hücumların bir daha təkrarlanmaması, həm İsrail xalqı, həm də fələstinlilər üçün “daha yaxşı sabah”ın təmin edilməsi üçün lazım olan addımların atılmalı olduğunu bildirib.
"Biz açıq bildirmişik ki, İsrail HƏMAS-ı məğlub etmək üçün kampaniya apardığı vaxtda, bunu necə etdiyi vacibdir. Bu ona görə vacibdir ki, bu, doğru və qanuni bir şeydir. Bu ona görə vacibdir ki, bu edilmirsə, bu HƏMAS və digər terrorçu qrupların xeyrinədir" Blinken Tel-Əvivdə deyib.
Blinken bildirib ki, ABŞ İsrailin özünü müdafiə etmək “hüququ” və “öhdəliyinin” arxasında dayanır, ancaq İsraili hərbi əməliyyatlara fasilə verməyə və Qəzzaya daha çox humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb. O deyib ki, onun səfərinin ikinci əsas məqsədi fələstinli mülki şəxsləri qorumaqdır.
Netanyahu isə cavab olaraq deyib ki, “Biz bütün gücümüzlə davam edirik və İsrail girovlarn sərbəst buraxılmasını əhatə etməyən müvəqqəti atəşkəsə etiraz edir.” ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS hücumu zaman 230 nəfəri girov götürüb, 1400 insanı öldürüb.
İsrailin HƏMAS-ın terror hücumuna cavab olaraq havadan zərbələri nəticəsində yüz minlərlə fələstinli evsiz qalıb. BMT-nin dediyinə görə, HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi cümə günü anklavda ölənlərinin sayınn 9250-ə çatdığını bildirib.
Blinken deyib ki, hazırda Misirdəki Rəfah sərhəd keçidindən əraziyə hər gün 100 yük maşını daxil olur, amma bu yenə də kifayət deyil. O bildirib ki, Qəzzaya yardım “əsaslı və təciri sürətdə” artırılmalıdır və əlavə edib ki, amerikalı vətədaşlar və digər xarici vətəndaşları Qəzzadan çıxarmaq onun üçüncü prioritetidir. O deyib ki, İsrail əraziyə daha çox yardıma imkan verməyə sadiqdir.
Blinkenə Hizbullah lideri Həsən Nəsrullahın cümə günü etdiyi çıxışı ilə bağlı sual ünvanlanıb.
Nəsrullah oktyabrın 7-də İsrailə hücumda əli olduğunu inkar edib və müharibəyə daxil olmaq niyyətii elan etməyib və bildirib ki, Hizbullah İsraillə həftələrdir raket və artilleriya atəşi mübadiləsi apararaq müəyyən mənada artıq müharibəyə daxil olub.
“Livan, Hizbullah və İrana gəldikdə, biz başından açıq bildirmişik ki, biz bu münaqişədə ikinci və ya üçüncü cəbhənin açılmasında qərarlıyıq,” Blinken İsraildə müxbirlərə deyib və qeyd edib ki, ABŞ münaqişənin genişlənməsinin qarşısını almaq üçün bölgəyə iki təyyarədaşıyan döyüş qrupunu yerləşdirib.
Səfər Qəzza şəhərinin İsrailin quru qüvvələri tərəfindən mühasirəyə alınması, HƏMAS militantları ilə döyüşləri qısa müddətə dayandırmaq üçün diplomatik səylər və Qəzzada humanitar böhranın ağırlaşdığı bir vaxta təsadüf edir.