Blinken Qəzzada atəşkəs və humanitar yardımla bağlı Misirdə danışıqlar aparır

ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı Misirdə İsrail-HƏMAS müharibəsində atəşkəsin təmin, Qəzzada saxlanılan girovların azad edilməsi və ehtiyacı olan fələstinli mülki şəxslər üçün Qəzzaya daha çox humanitar yardımın çatdırılması səylərini müzakirə edib.

Blinkenin proqramına Misir rəsmiləri, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə ayrı-aryılıda görüşlər daxildir.

Bir neçə ölkə həm İsrail, həm də HƏMAS militant qruplaşması üçün məqbul bir təklifin irəli sürülməsi üçün həftələrlə aparılan danışıqlarda iştirak edib.

Blinken cümə günü danışıqlar üçün İsrailə gedərkən ölkə liderlərini son hadisələrlə bağlı məlumatlandıracaq.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Blinken İsraildə HƏMAS-ın məğlubiyyətini, eləcə də Rəfahdakı mülki əhalinin qorunmasını, humanitar yardımın çatdırılmasına mane olmamaq və İsrailin ümumi təhlükəsizliyini artıracaq şəkildə təmin edilməsinin zəruriliyini müzakirə edəcək.

ABŞ İsrailin Qəzza-Misir sərhədi boyunca yerləşən Rəfaha qurudan hücum planına qarşı çıxıb. İsrailin planı qrupun oktyabrın 7-də olduğu kimi İsrailə başqa bir hücumu həyata keçirə bilməməsini təmin etmək üçün HƏMAS-ı məğlub etməkdir.

Qəzzanın digər bölgələrindən qaçan bir milyondan artıq fələstinlinin çoxu Rəfahda sığınacaq tapıb.

Pentaqonun bildirdiyinə görə, ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə günü İsrailin müdafiə naziri Yoav Qallantla "Rəfaha qurudan böyük əməliyyatın alternativlərinin nəzərdən keçirilməsinin" zəruriliyini müzakirə edib.

Pentaqonun bəyanatında bildirilib ki, Austin Qallanta ABŞ-ın HƏMAS-ı məğlub etmək məqsədini bölüşdüyünü deyib.

Müdafiə nazirləri həmçinin mülki əhalinin müdafiəsi və "quru keçidlər vasitəsilə Qəzzaya yardım axınının təcili olaraq artırılmasının" zəruriliyindən danışıb.

"Blinken və onun səudiyyəli həmkarı Qəzzadakı mülki əhalinin qorunması və təcili olaraq ehtiyacı olanlara humanitar yardımın artırılmasını müzakirə edib" - deyə, Dövlət Departamenti bildirib.