ABŞ dövlət katibi Antoni Blinken qitədəki üç ölkəyə səfərinin ikinci dayanacağı Nigeriyada Bayden administrasiyasının Afrika siyasəti ilə bağlı çıxışını etməyə hazırlaşır.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Blinken paytaxt Abuçaya gəldikdən sonra nigeriyalı həmkarı, xarici işlər naziri Ceffri Oniyama,prezident Muhammadu Buhari və vitse-prezident Yemi Osinbaco ilə danışıqlar aparacaq. Onların müzakirə edəcəyi mövzular arasında qlobal səhiyyə təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsi, enerjiyə çıxış,i qtisadi artımın genişləndirilməsi və demokratiyanın canlandırılması məsələləri də olacaq.
Çərşənbə günü ilk dayanacağı olan Keniyanın paytaxtı Nayrobidə bir qrup insan haqları müdafiəçisi ilə görüşən Blinken dünya demokratiyasının "tənəzzül" etdiyinii deyib. O, “hətta Keniya kimi canlı demokratiyalar”ın olduğu ölkələrdə dezinformasiya, korrupsiya, siyasi zorakılıq və seçicilərin təhdidi kimi məsələlərin getdikcə daha həssas olduğu barədə xəbərdarlıq edib.
Co Baydenin keçən ilin noyabr ayındakı prezident seçkilərində qələbəsini diskvalifikasiya etmək məqsədi ilə yanvarın 6-da ABŞ paytaxtında sabiq prezident Donald Trampın tərəfdarlarının hücumuna açıq-aydın istinad edən Blinken "Birləşmiş Ştatlar da bundan sığortalanmayıb. Biz öz demokratiyamızın nə qədər kövrək ola biləcəyini gördük" deyib.
Blinken Nairobini tərk etməzdən əvvəl ABŞ-ın Nigeriyanı dini azadlıqları pozan ölkələr siyahısından çıxardığını bildirib.
Blinkenin Amerikanın Çinlə rəqabət apardığı üçün regionda əsas oyunçu kimi profilini yüksəltməyə yönəltdiyi Afrika turunu Seneqala səfəri ilə yekunlaşdıracaq.
COVID-19 və digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün böyük pul və peyvənd ianələrinə baxmayaraq, Birləşmiş Ştatlar bölgədə təsirinii artırmaq yolunda az uğur qazanıb.
Dövlət Departamenti Blinkenin, həmçinin Efiopiyada zorakılığa son qoyulması, Somalidə terrorizmlə mübarizə və Sudanın mülki hökumətinin bərpası kimi spesifik regional məsələləri də müzakirə edəcəyini bildirib.