Özbəkistanda sursat anbarında partlayış baş verib

Özbəkistanın mərkəzində hərbi obyektdə silah və sursat anbarında baş verən partlayış bir neçə nəfərin xəsarət alması ilə nəticələnib və maddi ziyan vurub.

Paytaxt Daşkənddən 70 kilometr qərbdə Sir Darya regionunda yerləşən obyektdə partlayışa nəyin səbəb olduğu dərhal bəlli olmayıb.

Özbəkistan Səhiyyə Nazirliyi oktyabrın 22-də baş verən partlayışda xəsarət alan 16 nəfərin xəstənalara yerləşdirildiyini bildirib.

Müdafiə Nazirliyi bildirib ki, onlar “həyat üçün təhlükəsi olmayan” xəsarətlər alıblar.

Ətraf evlər və mağazalara zərər dəyib. Müdafiə Nazirliyi hadisə ilə bağlı təhqiqatın başladığını bildirib.