ABŞ-da "Black Friday" və ya "Qara Cümə"

Shoppers reach for television sets as they compete to purchase retail items on Black Friday at a store in Sao Paulo, Brazil, Nov. 24, 2016.

Bir çox amerikalı hətta ənənəvi Şükranlıq şam yeməyini başa vurmamış "Qara Cümə" alış-verişi üçün cümə axşamından dükanların önündə növbələrə dayanmağa, çadır quraraq gecələməyə başlayıb.

Kmart kimi bəzi dükanlar ənənəni saxlayaraq qapılarını səhər saat 6-da açsa da, bir çox dükan dünəndən tam gün açıq olub.

Şükranlıq gününün səhəri Amerikada Black Friday “Qara Cümə” günü kimi tanınır. Bu gün Amerikanın ən böyük ticarət mərkəzlərində elektrotexnika malları, oyuncaqlar və geyimlər böyük endirimlərlə satışa çıxarılır.

Macy's dükanlar şəbəkəsinin ikonik filialı olan Nyu-York şöbəsi "Qara Cümə"dən öncə cümə axşamı günü qapılarını alıcılara açıb. Şirkət bildirib ki, cümə axşamı günü saat 5-də açılmamışdan əvvəl növbədə 16 mindən çox insan dayanıb.

ABŞ-da "Mall"ların böyük əksəriyyəti ya cümə axşamı gec saatlarda, ya da cümə günü sühb tezdən açılıb.

Ancaq bir çox müşahidəçilər ötən illə müqayisədə bu il növbəyə dayananların və alıcıların sayının daha az olduğunu bildirir.

Hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd edilən Şükranlıq Günü həm də Amerika Birləşmiş Ştatlarında bayram alış-veriş mövsümünün başlanğıcı deməkdir.

Şükranlıq gününün səhəri Amerikada Black Friday “Qara Cümə” günü kimi tanınır. Bu gün Amerikanın ən böyük ticarət mərkəzlərində elektrotexnika malları, oyuncaqlar və geyimlər böyük endirimlərlə satışa çıxarılır.

Bu il bir sıra şirkətlər yüngül sənaye mallarının satışlarında kəskin artımın artıq müşahidə olunduğunu bidirib. Lakin Amerikanın WalMart, Target və Macy’s kimi böyük ticarət şirkətləri seçkilərdən sonra istehlakçı davranışında böyük fərqin hiss edilmədiyini qeyd edib.